75 yaşlı qadın özünü asdı
23 avqust 2014 10:19 (UTC +04:00)

75 yaşlı qadın özünü asdı

0

 Balakəndə 75 yaşlı qadın intihar edib.

 

Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə avqust ayının 22-si saat 21:30 radələrində rayonun Katex kəndində qeydə alınıb.

 

Katex kənd sakini, 1939-cu il təvəllüdlü Şamsu Nəcməddin qızı Məmmədovanın meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində asılmış vəziyyətdə aşkar olunub.

 

Qadının hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

 

Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1325

Oxşar yazılar