73 yaşlı kişi yanaraq öldü - <span style="color:red;">Cəlilabadda partlayış
14 dekabr 2016 16:29 (UTC +04:00)

73 yaşlı kişi yanaraq öldü - Cəlilabadda partlayış

Cəlilabad rayon sakini faciəli şəkildə ölüb.

 

Cəlilabad rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 12-də rayonun Azərbaycan prospektində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Evin hamamında qaz sızmasından partlayış baş verib. Nəticədə yanğın meydana gəlib və hamamda çimən ev sahibi, 1943-cü il təvəllüdlü Balaxan Mirzəyev yanıb. Dərhal Rayon Mərkəzi Xəstəxanasına, oradan da Respublika Yanıq Mərkəzinə gətirilən B. Mirzəyev bu gün xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

APA Baycan

Oxşar yazılar