Sabunçuda bağ evi yanıb.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m (hər mərtəbəsi 110 kv.m) olan ikimərtəbəli 6 otaqlı bağ evinin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı digər bağ evləri yanğından mühafizə olunub. Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.