62 yaşlı kişi su kanalında çimərkən boğulub ölüb
İmişlidə 62 yaşlı kişi su kanalında boğularaq ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli və Biləsuvar ryonlarının sərhədində yerləşən 3 saylı Cəbrayıl köçkün düşərgəsinin yaxınlığından keçən su kanalında Ağsu rayonunun Muradlı kənd sakini, 1957-ci il təvəllüdlü Əkbərov Rahim Məlikbaba oğlu çimərkən boğulub.
Onun meyiti sudan çıxarılaraq İmişli rayon morquna təhvil verilib.
Qeyd edilir ki, adıçəkilən şəxs həmin ərazidə tikinti işləri aparan müəssisələrdən birində çalışırmış.
Faktla bağlı araşdırma aparılır.
737