5 gün sonra toyu olacaq gəncin meyiti tapıldı
22 sentyabr 2014 12:48 (UTC +04:00)

5 gün sonra toyu olacaq gəncin meyiti tapıldı

Sentyabrın 19-da Ağdaş rayonunda kanalda boğulan gəncin meyiti tapılıb. Lent.az-ın məlumatına görə, rayonun Kükəl kəndinin ərazisində Yuxarı Şirvan kanalında çimərkən suda boğulan 27 yaşlı Fuad Rəsulovun meyiti bu gün tapılıb.

 

Qeyd edək ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında qeydə alınıb. 1987-ci il təvəllüdlü Rəsulov Fuad Faiq oğlu dostları ilə birgə Qazax rayonunda toyundan (qız toyu) çıxıb Bakıya qayıdarkən avtomobili kanalın kənarında saxlayaraq çimmək istəyib. Fuad Rəsulov çimərkən qəflətən boğularaq dünyasını dəyişib.

 

Onu da qeyd edək ki, sentyabrın 27-də Fuad Rəsulovun Bakıda oğlan toyu olacaqdı.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6085
avatar

Oxşar yazılar