
52 nəfərə qarşı dələduzluq edən lombard sahibinə hökm oxunacaq
Sumqayıtda 52 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən lombard sahibi Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Zaur Məmmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokurorun istədiyi cəzaya münasibət bildirən zərərçəkmişlər narazılıq ediblər. Onlar bildiriblər ki, bu günə qədər heç kimin zərəri ödənilməyib.
Qeyd edək ki, zərərçəkmişlər lombarda qoyduqları qızllar qarşılığında nağd pul alıblar. Zaur Məmmədov bir müddət sonra işlədiyi ofisi bağlayaraq yoxa çıxıb.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Axtarışa verən Zaur Məmmədov həbs edilib. Daha sonra o azadlığa buraxılıb. Lakin zərərçəkmişlərin pulunu ödəmədiyi üçün yenidən barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar yazılar

Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23
Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 18:00