Türkiyə vətəndaşının üzərindən külli miqdarda dollar əskinasları tapılıb.
Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Türkiyə vətəndaşı Demir Selami gömrük nəzarətindən keçərkən hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan o müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlamaya dəvət olunub.
Yoxlama zamanı D. Selaminin əynindəki göy rəngli şalvarın sağ qabaq cibindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, kağız üzərində yazılı və electron formada bəyan olunmayan hər biri 100 ABŞ dollar nominalında 50 ədəd pul əskinasları, cəmi 5000 ABŞ dolları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.