5-ci mərtəbədən atıldığı deyilən gənclə bağlı HEYRƏTAMİZ FAKTLAR: bir neçə dəfə...
Pəncərədən atıldığı deyilən Əzizov Emin Vasif oğlunun intihar etdiyi məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, onun başqa şəxslər tərəfindən 5-ci mərtəbədən atılması barədə mediada yayılan məlumatlar həqiqətə uyğun deyil. Son zamanlar onun psixi pozğunluqlara görə bir neçə dəfə xəstəxanaya yerləşdirildiyi bildirilir. Həmçinin valideynləri də bu barədə Əzizov Eminlə danışsalar da xeyri olmayıb. Nəticədə o, oktyabrın 8-i Nəsimi rayonu 20 yanvar küçəsində yerləşən 5 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü atıb. İstintaq zamanı ifadəsi alınan hadisə şahidləri onda psixi pozğunların yarandığını təsdiq ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
saat: 11:13
Pəncərədən atılan gəncin vəziyyəti ağır olaraq qalmaqdadır.
Bu barədə Lent.az-a 1 saylı şəhər kliniki tibbi mərkəzin cərrahi-reanimasiya şöbəsindən məlumat verilib. Şöbədən verilən məlumata görə, Əzizov Emin Vasif oğlu hələ də evə buraxılmayıb və reanimasiya aparatında vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
6862