Çayda batan azyaşlının meyiti tapıldı - YENİLƏNİB - FOTO
Gəncə çayında batan azyaşlının meyiti tapılıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhərinin Kəpəz rayonunda naməlum şəraitdə Gəncəçay çayına düşən, 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nuru oğlunun axtarışları başa çatıb.
H.Səfərlinin meyiti Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
Saat 14:52
Fövqəladə Hallar Nazirliyi Gəncədə azyaşlının çayda batması faktı ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlının naməlum şəraitdə Gəncə çayına düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
***
Saat 14:40
Gəncədə azyaşlı oğlan çayda batıb.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün baş verib. 4 yaşlı Səfərli Hüseyn Nurəli oğlu anasının əlindən qaçaraq çaya yıxılıb. Nəticədə azyaşlı çayda batıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Hazırda onun meyitinin tapılması istiqamətdə tədbirlər davam etdirilir.
Fuad Nazimoğlu
Gəncədə azyaşlı qız çayda batıb.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün baş verib. 4 yaşlı uşaq anasının əlindən qaçaraq çaya yıxılıb. Nəticədə azyaşlı çayda batıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Hazırda onun meyitinin tapılması istiqamətdə tədbirlər davam etdirilir.
641