4 və 5 otaqlı evlər yandı
13 avqust 2015 16:33 (UTC +04:00)

4 və 5 otaqlı evlər yandı

0

Bu gün Qax rayonunda ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Güllük kəndində vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub və yanğın saat 13:00-da söndürülüb.

 

Oxşar hadisə Masallı  rayonu, Göyəçöl kəndində də qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan kürsülü 5 otaqlı evin çardağının yanar konstruksiyaları 50 kv.m sahədə, 1 otağın  yanar konstruksiyaları 20 kv.m və dəhlizin tavanı 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar