4 nəfər yol polisi əməkdaşı işdən çıxarılıb
12 may 2016 15:24 (UTC +04:00)

4 nəfər yol polisi əməkdaşı işdən çıxarılıb

0

Azərbaycanda 7 yol polisi əməkdaşı cəzalandırılıb.

 

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, onlardan 4 nəfər daxili işlər orqanlarında xidmətdən xaric olunub, 2 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə intizam tənbehi ilə cəzalandırılıb.

 

Vəzifəsindən azad olunan şəxslərin arasında  Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Sabir Hümbətov və onun müavinin də adları var. 

 

Həmin şəxslər xidmətlərində yol verdikləri nöqsanlara görə cəzalandırılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar