<b>7 nəfər ölümdən döndü </b>
23 avqust 2016 16:02 (UTC +04:00)

7 nəfər ölümdən döndü

0

 

Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, Xəzər rayonunda 4 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

 

 

Lent.az FHN-nin saytına istinadən bildirir ki, dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.  Əməliyyat saat 14:16-da başa çatıb. 

 

Bundan başqa, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat qeydə alınıb. Hadisə yerinə cəlb edilən xilasedicilər vətəndaşı sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 14:20-də başa çatıb.

 

 

Həmçinin, Xəzər rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən daha 2 nəfər də sudan çıxarılaraq aidiyyati üzrə təhvil veriliblər. Əməliyyat saat 14:20-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar