Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xeyli pul oğurlamış şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 13-də Digah qəsəbəsində yaşayan Tural Hüseynovun evindən 48000 manat və qızıl əşyalar oğurlamış həmyerlisi Həsən Əfəndizadə yaxalanıb.
Araşdırmalar davam etdirilir.