Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Tibb Ekspertiza Mərkəzi Bakı şəhərində qanunsuz fəaliyyət göstərən 47 stomatoloji klinika aşkarlayıb. Lent.az-ın məlumatına görə, sözügedən müəssisələrin rəhbərlərinə rəhbərlik etdikləri müəssisələrin fəaliyyətini dayandırmaları barədə xəbərdarlıq olunub. Xəbərdarlığa baxmayaraq, təkrar reydlər zamanı 47 obyektdən 12-sinin öz qanunsuz fəaliyyətlərini davam etdirdiyi faktı qeydə alınıb. Qanunvericiliyə uyğun olaraq, onların hamısına cərimə protokolu yazılıb.
Reydlər nəticəsində aşkarlanan 47 qanunsuz stomatoloji kabinetin əksəriyyəti Nizami, Xətai və Binəqədi rayonlarında yerləşir. Belə ki, Nizami rayonunda 18, Xətaidə 13, Binəqədidə 11, Nərimanov rayonunda 4, Nəsimi rayonunda isə 1 stomatoloji kabinetin lisenziyasız fəaliyyət göstərdiyi məlum olub.