
Sirkə turşusu içən qadın öldü - YENİLƏNİB
Bu gün Lənkəranda sirkə turşusu içən 41 yaşlı qadın ölüb.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 1978-ci il təvəllüdlü Xalidə Zamanlının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə Ürgə kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Xalidə Zamanlı zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
İlkin məlumata görə, psixoloji problemlərdən əziyyət çəkən X. Zamanlı sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.
14:48
Lənkəranda 41 yaşlı qadın intihara cəhd edib.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ürgə kəndində baş verib.
Kənd sakini, 1978-ci il təvəllüdlü Xalidə Zamanlı zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Hazırda vəziyyəti ağır olan zərərçəkmiş reanimasiya şöbəsində müalicə alır.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib, X. Zamanlı sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32
Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI
12 iyul 2025 , 14:55
Azərbaycanda keçmiş nazir vəfat etdi
12 iyul 2025 , 14:18
“Sputnik V” peyvəndini ilk sınaqdan keçirən alim faciəvi şəkildə öldü
12 iyul 2025 , 13:39
"Zerkalni" nömrə verən yol polisi rəisi İŞDƏN QOVULDU
12 iyul 2025 , 12:23
İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu
12 iyul 2025 , 11:46