FHN 3 nəfəri dənizdə batmaqdan xilas etdi
16 iyun 2015 19:42 (UTC +04:00)

FHN 3 nəfəri dənizdə batmaqdan xilas etdi

0

 

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri dənizdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfəri xilas edib. 

 

Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Sabunçu rayonunda 2 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaşlar hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. 

 

 

Bundan başqa, Abşeron rayonunda da 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 253

Oxşar yazılar