Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakının Xəzər rayonunda daha 3 nəfərin dənizdə batmaq təhlükəsi ilə bağlı məlumat daxil olub.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən vətəndaşlar sudan çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Əməliyyat saat 12:25-də başa çatıb.