
3 gün əvvəl çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı
Ucar rayonunda 3 gün əvvəl Göyçay çayında batan 11 yaşlı uşağın meyiti tapılıb.
APA-nin yerli bürosunun xəbərinə görə, Səid Zülfüqar oğlu Həsənovun meyiti ötən gün axşam saatlarında batdığı yerdən 35-40 kilometr aralıda, Zərdab rayonu ərazisində aşkarlanıb.
Qeyd edək ki, hadisə iyunun 23-də gündüz saatlarında baş verib. Ucar rayonunun Rəstəcə kənd sakini, 11 yaşlı Səid Zülfüqar oğlu Həsənov yoldaşları ilə birlikdə Göyçay çayının rayonun Qulabənd kəndindən keçən hissəsində çimərkən suda boğulub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə mərkəzinin əməkdaşları cəlb olunub.
Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57