Bakının Sabunçu rayonunda 39 yaşlı kişi bıçaqlanıb.
APA xəbər verir ki, hadisə N.Vəzirov küçəsində baş verib.
1980-ci il təvəllüdlü Şarov Aleksandr Vladimiroviç yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. A.Şarova qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.