Bakıda 38 yaşlı kişi intihar edib.
"Report" xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Belə ki, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan 1979-cu il təvəllüdlü İbrahimov Eldəniz Əliş oğlu yaşadığı evdə özünü asıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.