Donald Tramp və Xəlifə Həftar Liviyadakı vəziyyəti müzakirə ediblər
Donald Tramp və Xəlifə Həftar Liviyadakı vəziyyəti müzakirə etdilər
ABŞ prezidenti Donald Tramp Liviya Milli Ordusunun komandiri Xəlifə Həftarla Liviyadakı vəziyyəti və terrorizmlə mübarizə və siyasi həll perspektivlərini müzakirə edib.
ONA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Donald Tramp Xəlifə Həftarın terrorizmlə mübarizədə və Liviyanın neft resurslarının təhlükəsizliyinin təminatında oynadığı rolun əhəmiyyətini vurğulayıb.
Həmçinin Liviyanın stabil və demokratik siyasi sistemə keçidi də müzakirə mövzusu olub.
624