Azərbaycanda dünən 2 nəfər intihara cəhd göstərib.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 19-da Mingəçevir şəhər sakini Elvina Mustafayeva intihar məqsədilə özünü Kür çayına atsa da vətəndaşlar tərəfindən xilas edilib.
Bundan başqa, dünən saat 14 radələrində Yevlax şəhər sakini Nüsrət Əliyev özünü Kür çayına atmağa cəhd göstərib. Yevlax rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb.