2 min manatlıq profil oğurladılar
24 may 2016 12:14 (UTC +04:00)

2 min manatlıq profil oğurladılar

0

Qobustan qəsəbəsində yerləşən “EL Metal” MMC-yə məxsus təmir sexindən oğurluq edilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 19-na keçən gecə Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Rafiq İmanova məxsus sexdən 2000 manat dəyərində mis profillər oğurlanıb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Sürət Babayev, Röyal Məmmədov və Furman İsgəndərov tutulublar.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar