29 yaşlı gənci qətlə yetirənin kimliyi məlum oldu
26 sentyabr 2019 21:51 (UTC +04:00)

29 yaşlı gənci qətlə yetirənin kimliyi məlum oldu

0
 
 
 
Ötən gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin Fərrux Qayıbov küçəsində 1990-cı il təvəllüdlü Eldarov Şəhriyar Azad oğlunun bıçaqlanaraq öldürülməsində şübhəli bilinən şəxs müəyyənləşdirilib.
 
APA-nın yerli bürosunun məlumatına görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Mətləb Qədirov tutularaq istintaqa təhvil verilib.
 
Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
 
 
Ramil Zeynallı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 766

Oxşar yazılar