27 yaşlı qız ağır yanıq xəsarəti aldı
23 fevral 2016 19:15 (UTC +04:00)

27 yaşlı qız ağır yanıq xəsarəti aldı

0

Şəkidə 27 yaşlı qız ehtiyatsızlıq nəticəsində ağır yanıq xəsarətləri alıb. 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 11:30 radələrində rayonun Baltalı kənd sakini, 1989-cu il təvəllüdlü Qəmər Şəhriyar qızı Nəsrullayeva yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. 
Məlum olub ki, 27 yaşlı Q. Nəsrullayeva yaşadığı evdə odun sobasını yandıran zaman alov onun üzərinə sıçrayıb. Nəticədə Q. Nəsrullayev üz, boyun və qarın nayihəsinin 2-ci, 3-ü dərəcəli termiki yanıq xəsarətləri alıb. Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Q. Nəsrullayevanin vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 409

Oxşar yazılar