[b]Telefona görə gəncə  butulka ilə ağır xəsarətlər yetirdilər[/b]
01 sentyabr 2016 23:03 (UTC +04:00)

[b]Telefona görə gəncə butulka ilə ağır xəsarətlər yetirdilər[/b]

0

Cəlilabad sakini həmyerlisinin təcavüzünə məruz qalıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun  Maşlıq kəndi ərazisində qeydə alınıb. Rayonun Muğan kənd sakini  Əliqismət Dövlətov şəxsi münasibətlər zəminində Maşlıq kənd sakini, 25 yaşlı Raul Adgözəlova şüşə butulkanın qırıntısı ilə hücum edərək, onun bel nahiyəsinə bir neçə zərbə endirməklə ağır bədən xəsarətləri yetirib.

 

Güclü zərbənin təsirindən zərərçəkmiş hadisə yerindəcə huşunu itirib.  Köməyə çatan yaxınları Raul  Adıgözəlovu dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Burada ona zəruri tibbi yardım göstərilib, yaraları tikilib.  Onun vəziyyəti ağır olaraq qalır.

Şahidlərin sözlərinə görə, Ə.Dövlətovla Raul Adıgözəlov arasında  münaqişə mobil telefona görə yaranıb.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində də məlumat verilib. Hadisənin təfərrüatları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar