Dünən "yol qırğını"nda 3 nəfər ölüb
21 iyun 2019 13:38 (UTC +04:00)

Dünən "yol qırğını"nda 3 nəfər ölüb

0
Respublikanın daxili işlər orqanları iyunun 20-də 25 cinayətin üstü “isti izlər”lə açmağa nail olub. 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub.   
 
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.   
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 559

Oxşar yazılar