23 yaşında sağalmaz xəstəliyə düçar olan gənc yardım gözləyir
06 mart 2015 12:01 (UTC +04:00)

23 yaşında sağalmaz xəstəliyə düçar olan gənc yardım gözləyir

2013-cü il Bədəlzadələr ailəsinin tək qızlarının dünyadan köçməsi bir ildən sonra bu ailəni daha bir ağır sınaqla qarşı-qarşıya qoyub. Bu dəfə ailənin iki oğlundan biri sağalmaz xəstəliyə düçar olub. Dülgər işləyən 23 yaşlı Elxan sağ kürək nahiyəsindən ağrılar hiss edib və həkimə gedib. Həkimlərin müəmmalı cavablarından qane olmayan ailə bütün pulunu toplayıb Türkiyədəki xəstəxanaların birinə üz tutub və qorxduqları cavabı alıb:

Xərçəng

 

Beləcə ailə özünün kiçik büdcəsi ilə mütəmadi olaraq, həkimlərə müraciət edir. Elxan Qəbələ rayonunda doğulub, orda yaşayıb. Ancaq xəstələndikdən sonra ailə tez-tez həkimə müraciət etmək məcburiyyətində qaldığı üçün onlar Bakıya köçür. Ailənin köməyinə Xoşbəxt Gələcəyə doğru İctimai Birliyi çatır. Onlar Binəqədi rayonunda kiçik mənzildə ailə üçün kirayə ev tapır və ailə burada yaşayır. Elxanın atası dülgərdir. Aldığı məvaciblə bu xəstəliyi müalicə etmək mümkünsüzdür. İndiyədək onun müalicə xərcləri isə ictimai birliyinin üzvlərinin təşkil etdiyi səfərlərdən və xeyriyyə tədbirlərindən gələn gəlirlər hesabına ödənilib.

 

Bir müddət sonra xəstəlik metastaz verir. Beləcə, onun sağalması üçün tələb olunan xərclər daha da artır. Elxan hazırda kimyaterapiya olunur. Ancaq vəziyyəti getdikcə pisləşir. Sağalması üçün lazım olan məbləği isə Bədəlzadələr ailəsi üçün bir xəyaldır. Türkiyəli həkimlər 25 min manatla onun ilkin müalicəsini edə biləcəklərini deyirlər.

 

İndi Bədəlzadələr ailəsi övlad itkisininin bir daha yaşanacağından qorxur. Çünki hər ötən saniyə onları övladından bir az da uzaqlaşdırır...

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar