22 yaşlı gənc Xəzərdə batdı
24 iyun 2015 22:08 (UTC +04:00)

22 yaşlı gənc Xəzərdə batdı

Bu gün Xaçmazda 22 yaşlı gənc dənizdə batıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda dənizdə (sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km aralı, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Məmmədşah Aydın oğlu Məmmədov batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlayıb.

 

M.Məmmədovun meyiti batdığı yerdən, təxminən, 70 metr məsafədən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:20-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 101
avatar

Oxşar yazılar