21 yaşlı oğlan faciəvi şəkildə öldü
24 avqust 2014 21:28 (UTC +04:00)

21 yaşlı oğlan faciəvi şəkildə öldü

0

Lənkəranda faciəvi hadisə baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,“112” qaynar telefon xəttinə Lənkəran şəhərinin ərazisində dənizdə (“Cənub” sularda xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Vüqar Amil oğlu Əsgərovun batması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. V.Əsgərovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 100 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 19:20-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2683

Oxşar yazılar