21 yaşlı gənci maşın vurdu
Bu gün saat 20:30-da Şəki rayonunun Qoxmuq kənd sakini, 1998-ci il təvəllüdlü Xalid Məmməd oğlu Qasımov qapalı kəllə-beyin travması dioqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, 21 yaşlı X.Qasımov yaşadığı kəndin ərazisində minik avtomobili tərəfindən vurulub.
Hazırda X.Qasımovun xəstəxanada müayinəsi davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
579