Bu gün Sabirabad rayonunda ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yolçubəyli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan kürsülü 3 otaqlı evin qamışdan ibarət tavanı 130 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07-35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Araşdırma aparılır.