Dekabrın 29-da Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Uzuntəpə kəndində 1994-cü il təvəllüdlü Əmirov Sadiq Məhərrəm oğlu özünü yaşadığı evin həyətində asıb. 18 yaşlı oğlanın meyiti həyətdəki yardımçı tikilidə aşkarlanıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.