17 yaşlı yeniyetmə bıçaqlandı
08 sentyabr 2016 22:43 (UTC +04:00)

17 yaşlı yeniyetmə bıçaqlandı

0

Şəmkirdə  bıçaqlanma olub. APA-nın qərb bürosunun xəbərinə görə, rayonun İrmaclı kənd sakini, 1999-cu il təvəllüdlü Tapdıq Əbilzadə sol bazu və sol bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Yeniyetmənin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar