Bakıda 14 yaşlı qızın SARSIDICI DRAMI
09 iyun 2016 11:01 (UTC +04:00)

Bakıda 14 yaşlı qızın SARSIDICI DRAMI

Dünən axşam saatlarında Pirallahı rayonunun Gürgən qəsəbəsində intihar edən 14 yaşlı Səbinə Əhmədli Yavər Əliyev adına 235№-li tam orta məktəbin şagirdi olub. Lent.az-ın məlumatına görə, Pirallahı qəsəbəsində yerləşən məktəbin rus bölməsində 8B sinfində oxuyan S.Əhmədli məsuliyyətli, yaxşı oxuyan şagirdlərdəniymiş. Məktəbin təlim-tərbiyə üzrə direktor müavini Şahin Allahverdiyev bildirib ki, S.Əhmədli dünən də dərslərində yaxşı iştirak edib: “7 dərsdən sonra hamı ilə görüşüb gediblər. Səbinə yaxşı oxuyan, tərbiyəli, məsuliyyətli şagirdlərdən idi. Cəmi 4 dərsdən qiyməti 4 idi. Qalan fənlərdən 5 alırdı. Dünən də normal əhval-ruhiyyədə, deyib-gülə dərsdən çıxıblar”.

 

Qonşularının bildirdiyinə görə, S.Əhmədli atasını xeyli müddət əvvəl itirib və bundan sonra anası başqa kişi ilə ailə həyatı qurub. İkinci izdivacdan qadının daha 2 övladı olub və Səbinə də atalığının himayəsində yaşayıb.

 

Faktla bağlı Pirallahı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 

 

*****

 

10:18

 

Bakıda intihar hadisəsi baş verib.

 

Pirallahı rayon Prokurorluğun APA-ya verilən məlumata görə, hadisə rayonun Gürgən qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 14 yaşlı Səbinə Əhmədli yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

 

Məlumata görə, S. Əhmədli orta məktəb şagirdidir.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275
avatar

Nizam Rza

Oxşar yazılar