12 yaşlı uşaq dənizdə batdı - YENİLƏNİB
14 avqust 2014 10:22 (UTC +04:00)

12 yaşlı uşaq dənizdə batdı - YENİLƏNİB

0
Lənkəranda 12 yaşlı uşaq dənizdə batıb.
 
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə avqustun 13-də saat 19.30 radələrində qeydə alınıb. Masallı rayon sakini, 12 yaşlı Elşən Akif oğlu Abdullayev Lənkəran şəhərinin“Dəhnə” deyilən ərazisində, dənizin nəzarət olunmayan hissəsində çimərkən boğulub. Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqəsinin xilasedicilərinin və yaxınlıqdakı şəxslərin birgə səyləri ilə Elşən Abdullayevin cəsədi batdığı yerdən 150 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2084

Oxşar yazılar