Aeroportda Türkiyə vətəndaşında 12000 dollar aşkarlandı
18 fevral 2016 15:38 (UTC +04:00)

Aeroportda Türkiyə vətəndaşında 12000 dollar aşkarlandı

0

 

İstanbula uçmaq istəyən Türkiyə vətəndaşının üzərindən külli miqdarda dollar aşkarlanıb.


 

Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Türkiyə vətəndaşı Taşkın Murat Mehmet Kamil gömrük nəzarətindən keçən zaman bəyannamə təqdim etməyib.

Şübhə doğuran M.Taşkının üzərində şəxsi yoxlama aparılıb. Nəticədə, onun şalvarının ciblərindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmamış cəmi 12000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 259

Oxşar yazılar