Xaçmaz rayonunun Kiçik Baraxum kəndində fərdi evlərin birinin həyətində 27 yaşlı kişi meyiti tapılıb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, meyitin həmin evdə yaşayan Əkbərov Taleh Fikrət oğluna məxsus olub.
Onun cəsədi meyvə ağacından asılmış formada aşkar edilib.
Taleh Ələkbərovun nişanlı olduğu, rayondakı yanacaqdoldurma məntəqələrinin birində işlədiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.