Xaçmazda AĞIR QƏZA:  3 ölü, 8 yaralı - YENİLƏNİB
17 fevral 2023 20:16 (UTC +04:00)

Xaçmazda AĞIR QƏZA: 3 ölü, 8 yaralı - YENİLƏNİB

Bu gün Gəndob-Yalama yolunda baş verən qəzada ölən şəxslərin kimliyi müəyyənləşib. 

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı maşının sürücüsü Köhnə Xudat kənd sakini 1981-cı il təvəllüdlü İslam Seyidov, Xudat şəhər sakinləri 1986-cı il təvəllüdlü Elmar Vəliyev və 1982-ci il təvəllüdlü Nizami Vahidov dünyasını dəyişib.
 

***

18.33

Xaçmazda üç nəfərin öldüyü yol qəzasında 8 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, xəsarət alan şəxslər Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***
Saat: 17:50

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Gəndob-Yalama yolunun 4-cü şöbə adlanan hissəsində baş verib. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4233
avatar

Oxşar yazılar