Kamçatka sakini polisə gələrək, təxminən 10 il əvvəl yağ oğurladığını etiraf edib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, kişi vicdan əzabı üzündən gecələr yata bilmədiyini deyib.
Məlumata görə, Cinayət Məcəlləsinin 158-ci “Yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq” maddəsi ilə cinayət işi hələ 2013-cü ildə başlanıb. Şikayətçinin sözlərinə görə, həmin vaxt evdə 3 kiloqram donuz əti və paltar yox olub. Ümumi ziyan 26 min rubl təşkil edib.
2014-cü ildə şübhəlinin tapılmaması səbəbindən istintaq dayandırılıb.
İyunun 2-də həmin şəxs Rusiyanın Ust-Kamçatski Daxili İşlər Nazirliyinə müraciət edərək 2013-cü ildə törətdiyi cinayət barədə məlumat verib. O, oğurluğun bütün təfərrüatlarını dəqiqliklə canlandıra bilib.
“Müstəntiqin uzun illərdən sonra onu polisə nəyin gətirməsi ilə bağlı sualına təqsirləndirilən şəxs cavab verdi ki, o, əməli ilə bağlı güclü emosional gərginlik keçirməyə başladığı və yuxuda problem yaşamağa başladığı üçün gəlib”, - prokurorluqdan bildiriblər. .
Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyib və zərərçəkmişdən üzr istəyib. Cinayət işi mahiyyəti üzrə baxılması üçün Ust-Kamçatski Rayon Məhkəməsinə göndərilib.