Üzərində dövlət qeydiyyat nişanları olmayan, konstruksiya dəyişikliyi edilmiş, arxa yan şüşələrə isə kustar üsulla hazırlanan pərdələr çəkilmiş "Vaz 2107" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini təhlükəli manevrlər etməklə sürəndə Lənkəran rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları saxlayıb.
Lent.az-ın məlumatına görə, sürücü, əvvəllər məhkum olunmuş, Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda olan Cavad Əlizadənin həmin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi müəyyən olunub.
Həmin şəxs polis əməkdaşları tərəfindən Lənkəran Polis Şöbəsinə dəvət olunarkən aqressiv hərəkətlər nümayiş etdirdiyinə və tabesizlik göstərdiyinə görə barəsində qanunamüvafiq tədbir görülüb.