“Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Lent.az xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, yanvarın 13-də saytının əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.
***
saat 10:47
"Abzas Media" işinə görə tutulan jurnalist Sevinc Vaqifqızının həbs müddəti daha üç ay uzadılıb.
Lent.az xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
Qeyd edək ki, S.Vaqifqızı ötən ilin noyabr ayında "Abzas Media" işi ilə əlaqədar saxlanılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinir.