Ucar sakini YOXA ÇIXDI
16 yanvar 2023 17:19 (UTC +04:00)

Ucar sakini YOXA ÇIXDI

Ucar sakini itkin düşüb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2022-ci ilin dekabr ayının 24-də Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq Ucar rayonunda yaşayan Səlyəddin Vahidovun ailə üzvləri Ucar rayon Polis Şöbəsinə müraciət edərək bir gün əvvəl itkin düşməsi barədə məlumat veriblər.

S.Vahidovun əlamətləri belədir: boyu 175 sm., qısa qara saçlı (yan tərəfləri ağarmış), arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan DİN-in "102" xidmətinə və Ucar rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

# 1458
avatar

Fidan İlqar

Oxşar yazılar