Ucar rayon sakini intihar edib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qazyan kəndində baş verib. Kənd sakini 44 yaşlı Xəqani Cavadov yaşadığı evin həyətində özünü asıb.
İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. X. Cavadovun üç övladının olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.