Üç qadın onlarla  tanış olmaq istəyən   kişini ölənədək  döydü
10 mart 2025 19:17 (UTC +04:00)

Üç qadın onlarla tanış olmaq istəyən kişini ölənədək döydü

Rusiyanın Kaluqa vilayətində qadın, qızı və rəfiqəsi onlarla tanış olmaq istəyən kişini vəhşicəsinə döyüblər. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hadisə “Mayami” kafe-klubunda baş verib. 47 yaşlı kişi dostları ilə istirahət edərkən müştərilərdən biri ilə tanış olmaq istəyib. Lakin qadın ondan imtina edib. Qarşı tərəf kişini bəyənməyib. Hətta 18 yaşlı qızına zəng edərək, kişinin onu vurduğunu deyib.

Qız rəfiqəsi ilə anasının yanına, kafeyə gəliblər. Üç qadın kişini yerə yıxaraq döyməyə başlayıb. Qızlardan biri huşunu itirən kişinin başına bir neçə dəfə zərbə vurub. Hadisə yerinə gələn həkimlər kişini xilas edə bilməyiblər və o, komaya düşərək, ölüb.

Ana, qızı və qızının rəfiqəsi saxlanılıblar. Lakin kişinin ölümünün dəqiq səbəbi hələ müəyyən edilmədiyi üçün onlar sərbəst buraxılıblar. Məlumata görə, qadınlar hadisə zamanı sərxoş olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2008

Oxşar yazılar