Türkiyə vətəndaşı Azərbaycanda faciəvi şəkildə ölüb.
Lent.az xəbər verir ki, ayın 18-i Türkiyə vətəndaşı Süleyman Kurutaş idarə etdiyi "Merdeces Benz" markalı “Tır” yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb.
O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində qaz balonlarının altında qalaraq ölüb.
Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.