Tualetə gedən kişini  pələng parçaladı
12 oktyabr 2022 19:57 (UTC +04:00)

Tualetə gedən kişini pələng parçaladı

Hindistanın Bihar əyalətindəki Valmiki pələng qoruğunun yaxınlığındakı kənd sakinləri 35 yaşlı kişini pələngin parçalamasından sonra iğtişaş törədib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Sancay Mahato tualetə gedərkən pələngin hücumuna məruz qalıb. Kişini yırtıcı heyvan parçalayıb. Milli parkın rəhbərliyinin nümayəndəsi Neşamani K.nin sözlərinə görə, əvvəllər həmin pələng 12 yaşlı uşağı da öldürüb. 

“Təkcə bu pələng artıq dörd nəfəri öldürüb. Yırtıcının tutulması üçün bütün lazımi tədbirləri görürük. Lakin leysan yağışlar səbəbindən əməliyyat asan deyil”, - o, deyib.

Yerli sakinlər etiraz etməyə və məmurları fəaliyyətsizlikdə ittiham etməyə başlayıblar. Aksiya zamanı onlar Meşə Təsərrüfatı İdarəsinin avtomobilinə ziyan vurub və idarənin əməkdaşı Sucit Kumara hücum ediblər. Kumar onu əhatə edən izdihamdan qaça bilib.

Meşə Təsərrüfatı Departamenti pələngin ovlanması və tutulması üçün mütəxəssislərdən ibarət qrup təşkil edib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2778
avatar

Oxşar yazılar