"Toyota" yük maşını ilə toqquşdu, 5 nəfər öldü
07 avqust 2024 18:54 (UTC +04:00)

"Toyota" yük maşını ilə toqquşdu, 5 nəfər öldü

Rusiyanın Krasnoyarsk diyarında baş verən qəzada 5 nəfər ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, qəza Boqotol vilayətində magistral yolda baş verib.

"Toyota"nın sürücüsü qarşıdan gələn zolağa çıxıb və "Scania" markalı yük maşını ilə toqquşub.

Avtomobildə olan 5 nəfər hadisə yerində dünyasını dəyişib. Yük maşınının sürücüsü xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338
avatar

Oxşar yazılar