Toya gedən qonağa cinayət işi açıldı
15 dekabr 2021 11:07 (UTC +04:00)

Toya gedən qonağa cinayət işi açıldı

0

Dekabrın 14-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 165 toy şənliyinin monitorinqini həyata keçirib.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, monitorinq 160 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 1 şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

- 104 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1272

Oxşar yazılar