Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində balıq ovuna çıxdığı ehtimal olunan həmin rayonun Aşağı Öysüzlü kənd sakini 37 yaşlı Baxşəliyev Zabit Paşa oğlunun batması barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış dərhal qrupu axtarışlara cəlb olunub.
Hazırda axtarış işləri davam etdirilir.
***
23.05.2024 Saat: 12:07
Tovuz rayon sakini Kürdə batıb.
Lent.az-ın məlumatına görə, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, çayda batan şəxs rayonun Aşağı Öysüzlü kənd sakinidir./APA